İran kinoaktyorlari və musiqiçiləri, ələlxüsus müğənniləri (İran xaricində yaşayanlar istisna olmaqla)incəsənəti özlərinin ikinci sənəti kimi seçirlər və səhnəni hələ cavan yaşinda, uzaği orta yaşda tərk edirlər. Lakin bə`ziləri pedaqoji fəaliyyətə keçir və arabir əhəmiyyətli şərəf tədbirlərində görünürlər. Məsələn, Soroş xanim İzadi Avstriyada tibb elmləri doktoru dərəcəsi alib və xanəndəlik karyerasini 35 yaşda başa vurandan sonra həkim kimi çalişir. Aktyor Homayun Erşadi İtaliyada arxitektura, aktrisa Leyla Hatəmi İsveçrədə həm elektronika mühəndisi və həm də linqvistika ixtisaslai üzrə təhsil almişlar. Bir çoxlarinin barmaqarasi baxmağa adət etdiyi İran sənət adamlarinin hər biri bir neçə Avropa dilində dəqiq danişmaqla adami təəccübləndirir. Nümunələr çoxdur, lap çox. Bu yerdə Hindistanin Zeenat Amani da yada düşür. O, kinoaktrisa olmazdan əvvəl Californiya Universitetinin jurnalistika fakültəsini bitirmişdi və olduqca savadli qizdir. İndi, Londonda yaşayir və yerli teatrlardan birində kraliça Elizavettani oynayir. Bunun üçün British English-i ləhcəsiz danişa bilməlisən. Bunu isə hər hindli bacara bilmir.
June 7, 2009
Courtesy of Milad Esfandiari
Advertisement
Leave a Comment »
No comments yet.
RSS feed for comments on this post. TrackBack URI