Faikpro's Blog

June 7, 2009

Negar Bouban

Filed under: Oud music, Persian music — faikpro @ 14:21
 
 
booban-3
 
Negar xanim Bouban Tehranda yaşayir. O, Ustad Mənsur Nərimanin şagirdlərindən olub, ud çalir və gözəl səslə oxuyur. Bəstəkardir, müğənnidir və udçalandir, həm də mühəndisdir, elmlər doktorudur, universitet müəllimidir. Beləcə, Negar xanim bir başqa qizdir (sportsmenka, komsomolka, nakonec-to prosto krasavica).
 
King Solomon’s Magic Carpet (proved to be flying) now belongs to Md. Negar Bouban and is currently found on her property.
 
Photo0054_1

Giti Pashaei

Filed under: Persian music — faikpro @ 14:07
Photo0048
Giti xanim Paşainin məzari Beheşt-e Zəhra qəbristanliğinda yerləşir. Bura özlüyündə iri bir mərmər plitələr şəhərinə bənzəyir və burada hansisa bir qəbri tapmaq nabələd adam üçün o qədər də asan iş deyil. Müasir İranin taninmiş və ən zəngin kinoaktrisalarindan biri məni aparib Gitinin qəbrini göstərəcəyini söz vermişdi.
Bu xanim, öz maşininda sükan arxasinda oturmuş halda məni gözləmək üçün dayanar-dayanmaz otelin ətrafindaki cavanlar onu görüb tanimişdilar.  Aktrisa, saçlarini səliqə ilə yiğib hicabin altinda gizlətsə də tanimişdilar. Mən onun maşinina mindim və biz təzəcə tərpənmişdik ki, kimsə öz motosikletini sürüb bizə çatdi və əl-qol hərəkətlərilə bizə nə isə izah etməyə çalişdi. O, eynilə gorilla kimi sinəsinə döyəcləyirdi.
Əlbəttə, bu cavan adam bizə bu dünyada onun da mövcud olduğunu anlatmağa çalişdi. Bizim heç bir iradimiz yox idi. Tezliklə biz sürəti artirib uzaqlaşdiq.
Mənə bələdçilik edən olmasaydi, işim asan olmayacaqdi. Ərazi olduqca böyük idi. Qəbri tapmaqdan ötrü onun yerləşdiyi qit`ənin nömrəsini, cərgəsini və ayrica nömrəsini bilmək lazim idi. Biz qəbrə yetişəndə özümü azadliğa çixmiş qul qədər rahat hiss etdim. Axir ki… Bir az susduq. İsti olsa da mənə isti deyildi. Yüngül meh əsəndə günəşdən qurumuş xirda yarpaqlar mərmər plitələrin arasilə xişilti ilə sürüşərək qaçişirdilar. Kinoaktrisa xanim gedib su ilə doldurduğu plastik qabla qayitdi və qəbirüstü plitənin üstünə su çilədi. O, bir əlini daş plitənin üstünə qoyub fikrə getdi və bir az sonra dedi: “Döyünür, Gitinin qəlbi hələ də döyünür. Mən, hiss edirəm”.
Əlimi plitənin üstünə qoydum. Elə bil ki, doğrudan da döyünürdü. Lakin, qiz səhv etmişdi. İsti havada insanin damarlari genişləndiyindən, adam daş üzərinə qoyduğu ovcunun damarindan öz nəbzinin vurmasini hiss edir. 
Notbuku işə salib Giti Paşainin 1970 illərdə ifa etdiyi “Şirindil” mahnisini səsləndirdim. Bu səs çox da uzağa gedə bilməzdi. Gitinin qəbri önündə onun öz ifasinda bir mahni. Demək o, hələ yaşayirdi. O, bizim duyğularimizda yaşayirdi. Aktrisa ağlamağa başladi. Göz yaşlari onun kirpiklərinə sürtdüyü qara sürməni yuyub yanaqlarina yaymişdi. Hər halda o, yenə əvvəlki kimi gözəl görünürdü.
Qəbrin ayaq tərəfində bir nəfərlik yer boş idi. Yəqin bu yeri Gitinin hələ sağ olan keçmiş həyat yoldaşi Məsud Kimiai özü üçün almişdi və öləndən sonra burada basdirilacaqdi. Bu boş yerdən başqa hər yer six qəbir cərgələrindən ibarət idi. Hətta ayaq qoymağa belə yer tapmaq çətin idi.
Azərbaijan Respublikasinin əhalisi İranin musuiqisi ilə bağli istənilən söhbətdə tez Ququşun adini çəkirlər. Başqasini tanimirlar. Halbuki Ququş heç də İran musiqisində ən mühüm sima deyil. Giti Paşaini taniyan azdir. Bu xanim öz təhsil və əxlaq səviyyəsinə görə çoxlarini geridə qoyur. O, 1960 illərdə Tehran Konservatoriyasinda Mahmud Kərimidən köhnə muğam təsniflərini öyrənir, Nyu Yorkda eyni vaxtda memarliq və bəstəkarliq təhsili alir. 1969 ildə öz dovrünün ən sayilan kinorejissorlarindan biri olan Məsud Kimiaiyə (Qeysər filminin müəllifi, 1969) ərə gedir. 1979 il İran İslam İnqilabindan sonra qadinlara solo vokal qadağan ediləndə Giti bir çoxlari kimi öz olkəsini tərk etmir. O, sadəcə bəstəkarliq fəaliyyəti ilə məşğul olur və öz ərinin çəkdiyi filmlərə musiqi yazir. 1990 ildə özündə bəd xassəli şiş aşkar edəndə o, Almaniyada müalicə kursu keçir. Hali yaxşilaşir və müəyyən kimyəvi terapiyalardan faydalanaraq öz ömrünü davam edir. Bir dəfə Giti Almaniyadan müalicə kursundan vaxtindan əvvəl qayidarkən evdə ən yaxin rəfiqəsi hesab etdiyi Ququşu və öz əri Məsudu birlikdə yataqda yaxalayir. Sən demə Ququş belə rəfiqə imiş! Əhvali pozulduğundan, Giti xanim apatiyaya düçar olur, öz müalicəsini davam etdirmir və tezliklə 1995 ildə 55 yaşinda vəfat edir. Onun vəfatindan az sonra Məsud Kimiai və Ququş öz əlaqələrini nigahla rəsmiləşdirirlər və dönüb olurlar ər-arvad (Ququşun dördüncü qanuni nigahi). Sonra onlar Amerikaya köçür. Giti isə öz Beheşt-e Zəhra qəbristanliğindaki məzarinda tək qalir.
Artiq qəbrin yerini tanidiğimdan, bir neçə gün sonra təkrar Gitinin məzarinin ziyarətinə getdim. Bu dəfə tək getdim. Qəbristanliqdan fotolar çəkdim. Heyif ki, yolumun üstündə gül satan mağaza tapa bilmədim. Əliboş gəlmişdim. Gitinin qəbrinin üstundə və ətraflarda günəşin qürütdüğu güllərin qirintilari səpələnmişdi. Demək məndən əvvəl gələnlər bura gül goymuşdular. 

giti1

Courtesy of Milad Esfandiari

Filed under: Persian music — faikpro @ 14:03

3223İran kinoaktyorlari və musiqiçiləri, ələlxüsus müğənniləri (İran xaricində yaşayanlar istisna olmaqla)incəsənəti özlərinin ikinci sənəti kimi seçirlər və səhnəni hələ cavan yaşinda, uzaği orta yaşda tərk edirlər. Lakin bə`ziləri pedaqoji fəaliyyətə keçir və arabir əhəmiyyətli şərəf tədbirlərində görünürlər. Məsələn, Soroş xanim İzadi Avstriyada tibb elmləri doktoru dərəcəsi alib və xanəndəlik karyerasini 35 yaşda başa vurandan sonra həkim kimi çalişir. Aktyor Homayun Erşadi İtaliyada arxitektura, aktrisa Leyla Hatəmi İsveçrədə həm elektronika mühəndisi və həm də linqvistika ixtisaslai üzrə təhsil almişlar. Bir çoxlarinin barmaqarasi baxmağa adət etdiyi İran sənət adamlarinin hər biri bir neçə Avropa dilində dəqiq danişmaqla adami təəccübləndirir. Nümunələr çoxdur, lap çox. Bu yerdə Hindistanin Zeenat Amani da yada düşür. O, kinoaktrisa olmazdan əvvəl Californiya Universitetinin jurnalistika fakültəsini bitirmişdi və olduqca savadli qizdir. İndi, Londonda yaşayir və yerli teatrlardan birində kraliça Elizavettani oynayir. Bunun üçün British English-i ləhcəsiz danişa bilməlisən. Bunu isə hər hindli bacara bilmir.

Hello world!

Filed under: Uncategorized — faikpro @ 13:59

Welcome to WordPress.com. This is your first post. Edit or delete it and start blogging!

Create a free website or blog at WordPress.com.